BAKI, 12 may. TELEQRAF

“Hindistan bütün cəbhələrdə Pakistana məğlub oldu”.

Teleqraf xəbər verir ki, bunu Pakistan daxili işlər naziri Möhsün Naqvi deyib.

“Hindistan beş cəbhədə - təkcə ordu, donanma və hava qüvvələri yox, həm də diplomatik və media baxımından məğlub oldu”, - nazir bildirib.

Naqvi Bəlucistanda fəaliyyət göstərən qruplaşmalar da daxil olmaqla, Hindistanın bütün proksi qüvvələrinin də məğlub olacağını söyləyib.

“Hindistan Pakistana yenidən hücum etməzdən əvvəl iki dəfə düşünəcək”, - daxili işlər naziri vurğulayıb.