Hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.

Bu sözləri Teleqraf.com-a haqqında yayılan ölüm xəbərləri ilə bağlı xalq artisti, xanəndə Könül Xasıyeva deyib. Onun sözlərinə görə, artıq səbri qalmayıb:

“Mənim doğmalarım nə vaxta kimi əziyyət çəkməlidir? Hər dəfə bu cür xəbər yaymaqla atamı, anamı narahat edirlər. Mən hüquq-mühafizə orqanlarına müraciət edəcəm. İlk dəfə belə addım atacam. Başqa yolum yoxdur”.