BAKI, 6 iyul. TELEQRAF

Neft qiymətləri OPEC+ qrupunun avqustdan etibarən hasilatı artırmaq qərarı və əsas neft istehsalçılarının Hörmüz boğazı vasitəsilə ixracı artırmağa başlaması fonunda cüzi ucuzlaşıb.

Teleqraf xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,66% ucuzlaşaraq bir barel üçün 71,62 dollara düşüb.

ABŞ-nin “WTI” markalı xam nefti 0,91% ucuzlaşaraq bir bareli 68,16 dollara satılıb.

Qeyd edək ki, investorlar ABŞ və İran arasında Hörmüz boğazında fəaliyyətin gələcəyinə dair danışıqları, eləcə də Fars körfəzindən neft ixracının bərpasını nəzarətdə saxlayırlar.

Xatırladaq ki, OPEC və Rusiyanın da daxil olduğu OPEC+ alyansı avqust ayında gündəlik neft hasilatı kvotasını 548 min barel artırmaq qərarına gəlib.