Türkiyənin tanınmış simaları - aktyor Burak Özçivit və müğənni-aktyor Murat Boz Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, bu barədə Burak Özçivit sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, onların Azərbaycana gəliş səbəbi "Kardeşim Benim 2" filminin qala gecəsində iştirak etməkdir. Filmin qala gecəsi noyabrın 30-u saat 20:00-da Alov Qüllələrində yerləşən kinoteatrda baş tutacaq.