BAKI, 7 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə F-35 qırıcıları məsələsində NATO sammitindən sonra müsbət nəticə əldə olunacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Ümid edirəm ki, bu sammitin nəticəsində F-35 məsələsi ilə bağlı müsbət qərar veriləcək", - o qeyd edib.