BAKI, 7 iyul. TELEQRAF
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada jurnalistlərə açıqlamasında bildirib.
"Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasının ardından Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi.