BAKI, 7 iyul. TELEQRAF

Türkiyəyə F-35-lərin verilməsi ilə bağlı heç bir çəkinəcəyim yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada jurnalistlərə açıqlamasında bildirib.

O, F-35 qırıcıları ilə bağlı məsələdə Türkiyəyə qarşı hər hansı bir tərəddüdünün olmadığını bildirib.

ABŞ lideri Türkiyənin son illərdə əldə etdiyi inkişafı da yüksək qiymətləndirib:

"Baxın, yollara baxın. Türkiyə öz ölkəsini çox güclü hala gətirib. Türkiyə hazırda mənim ilk prezidentlik dönəmimlə müqayisədə daha da güclüdür".