“Yeşilçam”ın ən çox sevilən mənfi rol ifaçısı, “Təcavüzkar Coşqun” ləqəbli Coşqun Göyən maraqlı açıqlamalarla çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1975-80-ci illərdə o, gündə 3 filmə çəkildiyini bildirib:

“Mənfi rol və təcavüz səhnələri oynadığıma görə mənə “Təcavüzkar Coşqun” ləqəbi verdilər. Filmlərdən aldığım qonorar qarşılaşdığım təhqirlərə bərabər olmadı. Təbii ki, mən bu işi sevdiyimdən edirdim.

İndi pensiya ilə yaşayıram. 1100 türk lirəsi pensiya alıram. Yayda çimərlikdə, qışda restoranlarda çalışıram. “Uzun illər çalışmısan, ortada bir şey yoxdu” deyəcəksiniz. 3 qızım var, hamısını universitetdə oxutdum. Özüm isə ibtidai məktəb məzunuyam”.

Aktyor heç vaxt çox zəngin olacağını düşünmədiyini bildirib:

“Həyatımda hər şeyin ən gözəlini elədim. “Kaş ki” dediyim bir şey yoxdur. Hazırda kinomu bizi tərk etdi, bizmi kinonu, bilmirəm. İncik olduğum heç bir sənətçi yoxdur. Mənə “Təcavüzkar” ləqəbini verənlərdən belə incik deyiləm”.