ATV-də yayımlanan "Maşın" şounun növbəti efiri başa çatıb.
Teleqraf.com xəbər verir ki, şouda iştirakçılar aktyor İlkin Misgərlini SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən İlkin Misgərli hədəfinin müğənni Talıb Tale olduğunu açıqlayıb. Bildirib ki, şounun ən güclü iştirakçısı ilə yarışmaq istəyir.
Son dəqiqədə 40,50 faiz tamaşaçı İlkin Misgərliyə qalsın, 59.05 faiz tamaşaçı isə getsin deyib. Nəticədə Talıb İlkini oyundan kənarlaşdırıb. Maşında final həyəcanı başlayıb. Finala Xatun, Vüsalə Əlizadə və Talıb Tale qalıb.