BAKI, 7 aprel. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılması maraqlarımıza uyğundur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Əminəm ki, müharibənin tezliklə bitməsi Ukrayna, Avropa və ABŞ-nin tam maraqlarına uyğundur”, - vitse-prezident vurğulayıb.

Vens əlavə edib ki, Avropa paytaxtlarında münaqişənin həlli zərurəti ilə bağlı çoxlu söhbətlər eşidir və bununla razıdır.