BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ictimai asayişi qorumaq üçün Milli Qvardiyanın hərbçilərinin Vaşinqtona yeridilməsindən sonra paytaxtda avtomobil oğurluqlarının sayının 87 faiz azaldığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “The Daily Caller”ə müsahibəsində danışıb.

“İki həftədən sonra daha da yaxşı olacaq. İndi onu cinayətdən azad zona adlandırıram. İnsanlar dörd ildir getmədikləri restoranlara gedirlər. Onlar əvvəllər avtomobilləri ilə getmək istəmirdilər, amma indi avtomobil qaçırma halları 87 faiz azalıb”, - Tramp deyib.