BAKI, 3 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın nüvə proqramının fəaliyyətinə yaxından nəzarət etmək imkanına malikdir.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“Tramp administrasiyası İranın nüvə proqramını təfərrüatı ilə izləmək iqtidarındadır”, - mənbə bildirib.
O qeyd edib ki, ABŞ rəhbərliyi İranın öz nüvə proqramını necə inkişaf etdirdiyini yaxından görür.