BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın komanda üzvləri səfərdən əvvəl Ukrayna lideri Volodimir Zelenskiyə xəbərdarlıq ediblər ki, yeni Amerika lideri sələfi Co Baydendən çox fərqlidir və ona adekvat münasibət göstərilməlidir. Amma Zelenski buna əməl etməyib.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Ağ Evdə Tramp və Zelenski arasında baş verən qalmaqal barədə danışan Kelloq qeyd edib:

“Həmin səhər biz Ağ Evin qarşısındakı “The Hay-Adams” otelində Prezident Zelenski ilə görüşdük. Ona söylədim: “Bax, biz bir növ rejissor kimi fəaliyyət göstəririk. Siz içəri girib prezidentlə danışacaqsınız, sonra o, mətbuata açıqlama verəcək. Siz də Amerika xalqına sizi dəstəklədiyinə, sizə vergi ödəyicilərindən 176 milyon dollar pul verdiyinə görə minnətdar olduğunuzu deyəcəksiniz”.

İçəri girdi və dediklərimizə qulaq asmadı, prezidentə mühazirə oxumağa başladı. Halbuki biz əvvəllər ona demişdik ki, siz başqa bir adamla işləyəcəksiniz, o, cənab Co Bayden deyil. Amma Prezident Tramp onun sözünü kəsmədi.

Mən durdum və bunu dedim: “Bir tərəfi seçməlisən” deyəndə, bunun son olduğunu bilirdim”.