.jpg)
BAKI, 14 mart. TELEQRAF
ABŞ Çinin təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu gücləndirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "NBC" telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Ağ Ev ABŞ ordusuna Panama kanalını “geri almaq” məqsədi ilə hərbi təlimlər keçirməyi tapşırıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Pentaqon müxtəlif variantlar üzərində işləyir. Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər. Üstəlik, güc tətbiqinə yalnız Panama rəhbərliyi əməkdaşlıqdan imtina etdikdə icazə verilir.