BAKI, 5 mart. TELEQRAF

Qrenlandiya adası beynəlxalq və milli təhlükəsizlik üçün ABŞ-nin bir hissəsi olmalıdır və olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Prezident qrenlandiyalılara müraciət edərək, ABŞ-nin onların öz gələcəklərini təyin etmək hüquqlarını qətiyyətlə dəstəklədiyini vurğulayıb.

“Bizə milli və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır, biz bunu əldə etməyə çalışan hər kəslə işləyirik, amma dünya təhlükəsizliyi üçün ona həqiqətən ehtiyacımız var və düşünürəm ki, bu və ya digər şəkildə biz bunu əldə edəcəyik”, - Tramp bildirib.

O əlavə edib ki, ABŞ Qrenlandiyanı qoruyacaq və onu zənginləşdirəcək: “Birlikdə Qrenlandiyanı görünməmiş zirvələrə qaldıracağıq”.

Tramp Panama kanalının ABŞ-nin nəzarətinə qaytarılmasından da danışıb.

“Panama kanalına nəzarəti ələ keçirəcəyik. Bu, amerikalılar tərəfindən amerikalılar üçün tikilib”, - Amerika lideri vurğulayıb.