
BAKI, 20 fevral. TELEQRAF
Panama polisi miqrant əleyhinə kampaniya çərçivəsində ABŞ-dən deportasiya edildikdən sonra qaçan çinli qadını axtarır.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Zheng Panamaya göndərilən 299 miqrantdan biri idi. Polis onun qaçmasına otelinin yaxınlığında yaşayan yerli sakinlərin kömək etdiyini bildirib.
Onun qaçdığı miqrantlar oteldən Kolumbiya ilə sərhəd yaxınlığındakı Darien bölgəsinə aparıldığı zaman məlum olub.