BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ və prosesi müşayiət edən ölkələr HƏMAS-ın tərksilah ediləcəyinə dair öhdəlik götürüb.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

O bildirib ki, bu öhdəliklərin yerinə yetirilməyəcəyi hər kəsə bəllidir:

"İsrail Müdafiə Ordusu (SAXAL) əmr veriləcəyi təqdirdə HƏMAS-ı məhv etməyə və əməliyyatı başa çatdırmağa hazırdır".