BAKI, 5 avqust. TELEQRAF

Türkiyədə 15 İyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunan və 10 il ərzində qırmızı bülletenlə axtarılan FETÖ üzvü Burkay Karatepe saxlanılıb.

Teleqraf xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Afyonkarahisar, Eskişehir və Muğla vilayətlərinin polis idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində Afyonkarahisarda saxlanılan Burkay Karatepe Muğla Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Muğlaya gətirilib.

Karatepe polisdəki prosedurlar başa çatdıqdan sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında məhkəməyə çıxarılıb.

Prokurorluqda ifadəsi alındıqdan sonra Burkay Karatepe barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.