BAKI, 3 avqust. TELEQRAF
“İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri ölkənin ali rəhbəri Əli Xameneini öldürən ABŞ Prezidenti Donald Trampla razılaşmanı qələbə hesab edirlər”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Həmid Rəsaei deyib.
“Tramp 2015-ci ildə imzalanmış nüvə sazişini cırıb atdıqdan sonra Ruhani və Zərif “eşq məyusluğu” yaşayırmış kimi depressiyaya düşmüşdü. Hətta elə hala düşmüşdülər ki, hər dəfə nüvə sazişi pozulanda onun ruhunun yaşadığını iddia edirdilər. Görünür, indi Pezeşkian, bəzən də Qalibaf eyni bəlaya düçar olub. Onlar tarixin başlanğıcını ali rəhbərin qatili ilə imzalanmış anlaşma memorandumunun bağlandığı gündən hesablayırlar. Həmin sənədi qələbə sənədi və xarici siyasətin ağırlıq mərkəzi hesab edir, onun diri qalacağına ümid edərək gecələrini gündüzə qatırlar.
Tramp həmin sənədin başa çatdığını elan etdikdən sonra yenidən “eşq depressiyası”na düşüblər. Əgər əvvəlki nüvə razılaşması Ruhaninin xilası idisə, bu da onların qurtuluşu üçündür”, - deputat bildirib.