BAKI, 4 iyul. TELEQRAF

“ABŞ və İsraildən alınacaq ilahi qisas o qədər də uzaqda deyil”.

Teleqraf xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmayi ölkənin ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə bağlı açıqlamasında deyib.

Əzmayi qeyd edib ki, ABŞ və İsrail Əli Xameneini öldürməklə özlərini hiddətli qəzəb və sərt qisasa məruz qoyublar.