BAKI, 4 iyul. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinə ərzaq yardımı ilə bağlı təklif verən ABŞ-ni tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Təsəvvür edin, öz ölkənizdə 40 milyondan çox vətəndaşınız dövlətin ərzaq yardımı kuponu proqramından asılı olduğu halda, başqa ölkəni “ac olmaqda” ittiham edirsiniz. Bu, iddia deyil, tamamilə proyeksiyadır. Yəni siz öz problemlərinizi başqalarına aid edirsiniz”, - spiker bildirib.

Qalibaf ABŞ-nin SNAP (Əlavə Qidalanma Yardımı Proqramı) ilə bağlı tövsiyələrinə də toxunub: “SNAP proqramı ilə bağlı məsləhət və tövsiyələrinizi özünüzə saxlayın”.

İran parlamentinin sədri yekunda qeyd edib:

“Biz öz resurslarımızla bağlı qərarlarımızı özümüz veririk, siz isə öz ölkənizdəki qida çatışmazlığı barədə düşünün”.