BAKI, 1 iyul. TELEQRAF
İsrailin energetika və infrastruktur naziri Eli Koen Qəzzada hərbi nəzarətin tam təmin olunana qədər genişləndiriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir "Galei İsrail" radiosuna müsahibəsi zamanı bildirib.
Eli Koen vurğulayıb ki, İsrail ordusunun Qəzzada nəzarət etdiyi ərazilərin payı mütəmadi olaraq artır:
"İsrailin nəzarətində olan ərazilər iki ay əvvəl 53 faiz, bir ay əvvəl 60 faiz təşkil edirdisə, hazırda bu rəqəm 70 faizə yaxınlaşıb. İsrailin hədəfi bu nəzarəti 100 faizə çatdırmaqdır".
O, HƏMAS qruplaşmasının yenidən fəallaşmasına heç bir halda imkan verilməyəcəyini qeyd edib.