BAKI, 19 iyun. TELEQRAF

“Tehranın ABŞ-yə qarşı təhdidləri İranla davamlı razılaşmanın əldə edilməsinin mümkün olmadığını göstərir”.

Teleqraf xəbər verir ki, bunu İsrailin mədəniyyət və idman naziri Miki Zohar ABŞ hökumətinin İrana yanaşmasını tənqid edərkən deyib.

O bildirib ki, razılaşmanın imzalanmasına baxmayaraq, İran ABŞ-ni hədələməkdə davam edir. Zohar əlavə edib ki, ABŞ Prezidenti Donald Trampa terror təşkilatları və ya dövlətləri ilə razılaşmanın mümkün olmadığını aydın şəkildə çatdırılmalıdır.

“İran heç vaxt imzaladıqları müqaviləyə hörmət və əməl etməyəcək”, - İsrail naziri vurğulayıb.