BAKI, 19 iyun. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanmış anlaşma memorandumuna görə məsuliyyəti Prezident Məsud Pezeşkianın üzərinə atıb”.
Teleqraf xəbər verir ki, bunu iranlı jurnalist Əli Şirazi deyib.
“Məsud Pezeşkianın bu tənlikdə praktiki olaraq heç bir rolu yoxdur. Amma Müctəba Xamenei 2015-ci il sazişindən (JCPOA) sonra məsuliyyəti Məhəmməd Cavad Zərif və Həsən Ruhaninin üzərinə qoyan atası Əli Xamenei kimi, məsuliyyəti qəbul etməkdən imtina edib. İranın yeni ali rəhbəri ABŞ ilə razılaşmanın məsuliyyətini Pezeşkianın və Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə qoyub”, - Şirazi vurğulayıb.