BAKI, 15 iyun. TELEQRAF

İsrail ordusu Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq.

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

"Baş nazir Benyamin Netanyahu və mən aydın bir siyasət yürüdürük: İsrail ordusu sərhədlərimizi və yaşayış məntəqələrimizi qorumaq üçün Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında müddətsiz olaraq qalacaq", - nazir bildirib.

İ.Kats qeyd edib ki, təzyiqlərə baxmayaraq ordunun Livandan çıxarılmasının əleyhinədirlər:

"B.Netanyahu bu mövqeyi ABŞ lideri Donald Trampa və digər yüksəkrütbəli amerikalı rəsmilərə aydın şəkildə çatdırıb".