BAKI, 10 iyun. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı Ənsəriyə kəndinin sakinlərinə yaşadıqları ərazini dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Çağırışda kənd əhalisindən təhlükəsizlik məqsədilə Zəhrani çayının şimal hissəsinə köçmələri tələb olunub.

Qeyd edək ki, bundan əvvəl İsrail və Livan arasında atəşkəs elan edilsə də, tərəflər arasında gərginlik davam edir.