BAKI, 9 iyun. TELEQRAF

“Livanın təhlükəsizliyi və sosial sabitliyini qorumaq naminə “Hizbullah” Hərəkatının tərksilah edilməsi məsələsinin həlli üçün siyasi, hərbi, iqtisadi və sosial yanaşma tətbiq olunmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.

“İsrailin Livandan çəkilməsi hökumətə ölkə ərazisində suverenliyi təmin etməyə imkan verəcək”, - Aun əlavə edib.