BAKI, 9 iyun. TELEQRAF

İyunun 8-də İsrail və İran arasında baş verən hərbi toqquşma son deyil.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin təhlükəsizlik mənbələrinə istinadla N12 telekanalı məlumat yayıb.

Mənbə bildirib ki, İranla son qarşıdurma münaqişənin son mərhələsi deyil, gələcəkdə yenidən təkrarlanacaq: “Münaqişə dövrünə qədəm qoymuşuq, bu yolda dəfələrlə İranla üz-üzə gələcəyik”.

Mənbə İranın İsraili məhv etməyə və nüvə silahı əldə etməyə çalışdığı müddətcə bu vəziyyətin davam edəcəyini vurğulayıb.

“İranla gələcək müharibə ehtimalı sadəcə vaxt məsələsidir”, - o əlavə edib.