BAKI, 6 iyun. TELEQRAF
Livan ordusunun briqada generalı və onu müşayiət edən bir neçə hərbçi ölkənin cənubunda İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Livanın "Al Wataniya" milli xəbər agentliyi məlumat yayıb.
Livan tərəfi bu hücumu xalqına qarşı davam edən təcavüzün tərkib hissəsi kimi qiymətləndirib.