BAKI, 3 iyun. TELEQRAF

“Bəsrə körfəzi ölkələrinin İrana qarşı qətiyyətli, vahid və ardıcıl mövqe tutmaları vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş İranın Küveyt və Bəhreynə qarşı son hava hücumlarından danışarkən deyib.

Diplomat bildirib ki, heç bir körfəz ölkəsi bu hücumlarla təkbaşına mübarizə aparmamalıdır, çünki bu bölgədəki dövlətlərin təhlükəsizliyi bir-biri ilə bağlıdır, maraqları ortaqdır, taleyi birdir.

Qarqaş əlavə edib ki, bu hücumlar konkret ölkəni deyil, bütün Bəsrə körfəzi ölkələrini hədəf alır.