BAKI, 2 iyun. TELEQRAF
“Yaxın Şərq ölkələri İranın həddindən artıq regional ambisiyalarının bədəlini ödəməməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
“Bəsrə körfəzindən Yəmənə, Livana və İraqa qədər hamımız İranın çox şişirdilmiş regional ambisiyalarının bədəlini ödəyirik. Bölgədəki heç bir ölkənin rolu ümumi təhlükəsizlik, sabitlik və rifah hesabına başa gələ bilməz”, - o qeyd edib.
Qarqaş bildirib ki, hazırkı durumda Yaxın Şərqdə beynəlxalq münasibətlər sisteminin yenidən nəzərdən keçirilməsi zəruridir. BƏƏ rəsmisi vurğulayıb ki, suverenliyə hörmət, mehriban qonşuluq və digər dövlətlərin işlərinə qarışmamaq kimi aydın prinsiplərə əsaslanan yenidən nəzərdən keçirilmə zəruri və qaçılmazdır.