BAKI, 21 may. TELEQRAF

“Onilliklər boyu İranın aqressiv davranışlarına öyrəşmişik, bu, artıq körfəz regionunun siyasi mənzərəsinin bir hissəsinə çevrilib. Nəticədə aqressiv ritorika ilə boş dostluq bəyanatları arasında güvən itib”.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.

“Bu gün isə son hücumundan sonra İran rejimi açıq hərbi məğlubiyyətdən doğan yeni reallığı möhkəmləndirməyə çalışır. Amma Hörmüz boğazına nəzarətə və ya onun üzərində hökmranlıq qurmağa yönələn cəhdlər sadəcə xam xəyaldır”, - BƏƏ rəsmisi vurğulayıb.