BAKI, 18 may. TELEQRAF
ABŞ-nin İranda hərbi əməliyyatları bərpa etmək ehtimalı artıb.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin “Aram News” agentliyi ABŞ-nin rəsmi mənbələrinə istinadla məlumat yayıb.
Mənbələr bildiriblər ki, durğunluq və çıxılmaz vəziyyət Tehranla Vaşinqton arasındakı diplomatik prosesə kölgə salıb və bu, ABŞ-nin hərbi əməliyyatları bərpa etmək ehtimalını artırıb.
Agentlik qeyd edib ki, regional vasitəçilərin yeni təşəbbüslərinin olmaması gərginliyin yenidən artmasına və İrana qarşı hərbi kampaniyanın yenidən başlamasına zəmin yaradıb.