BAKI, 6 may. TELEQRAF
İran və ABŞ 12 il davam edə biləcək uranın zənginləşdirilməsinə moratorium tətbiq etmək barədə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Portalın mənbələrinə görə, İran moratoriumun 5 illə məhdudlaşdırılmasını təklif edib, ABŞ isə 20 il təklif edib. Başqa bir mənbə isə moratoriumun 15 il davam edə biləcəyini bildirib. ABŞ həmçinin mümkün razılaşmaya İranın pozuntusunun moratoriumun uzadılacağına dair müddəa daxil etmək istəyir.
“Axios”un məlumatına görə, moratoriumun müddəti bitdikdən sonra Vaşinqton Tehrana uranın zənginləşdirilməsini 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulan 3,67 faizə qədər bərpa etməyə icazə verməyə hazırdır.