BAKI, 13 aprel. TELEQRAF

Misir, Pakistan və Türkiyə aprelin 21-də atəşkəs bitməzdən əvvəl qalan fikir ayrılıqlarını həll etmək və sülh razılaşmasına nail olmaq üçün yaxın günlərdə ABŞ və İran arasında danışıqların yeni raundunu təşkil etmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Portala danışan rəsmilərin sözlərinə görə, tərəflər tamamilə çıxılmaz vəziyyətdə deyillər. Mənbə qeyd edib ki, qapı hələ bağlanmayıb, hər iki tərəf müzakirələr aparır.