BAKI, 8 aprel. TELEQRAF

Suriya öz hava məkanını mülki uçuşlar üçün açır və Dəməşq Beynəlxalq Hava Limanının fəaliyyətini bərpa edir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi məlumat yayıb.

"Əvvəllər bağlanmış bütün hava dəhlizlərinin fəaliyyətinin bərpa olunduğunu, Suriya hava məkanının açıldığını, eləcə də Dəməşq Beynəlxalq Hava Limanının işini yenidən başladığını elan edirik",- məlumatda qeyd edilib.