BAKI, 16 mart. TELEQRAF

ABŞ-nin Yaponiyadan Yaxın Şərqə 2500 nəfərlik elit dəniz piyada dəstəsi köçürməsi bölgədəki münaqişənin yeni mərhələsinə keçid ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Elit bölmənin yaxın 10-15 gün ərzində “USS Tripoli” desant gəmisinə gəlişi gözlənilir və bu, müharibənin yeni mərhələsinin - ABŞ-nin quru əməliyyatlarının başlanğıcının siqnalı ola bilər. Yeni qüvvənin gəlişi ABŞ ordusuna quru əməliyyatına başlamasına imkan verəcək ki, bu da regionda yeni hərbi əməliyyatlar dalğasına təkan verəcək. Nəşrin məlumatına görə, Vaşinqton bu missiyanın mahiyyətini açıqlamayıb, amma ehtimal edilir ki, elit bölməyə Hörmüz boğazına nəzarəti ələ keçirmək tapşırılacaq.

“The Wall Street Journal” bundan əvvəl ABŞ-nin Yaxın Şərqə əlavə hərbi dəniz qüvvələri köçürdüyünü bildirmişdi. ABŞ-nin müharibə naziri Pit Heqset Mərkəzi Komandanlığın (CENTCOM) amfibiya hücum qrupu və ekspedisiya qüvvələrinin yerləşdirilməsi təklifini təsdiqləyib.