BAKI, 9 mart. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial mediada bildirib.
“Dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız ikitərəfli gündəliyin bütün sahələrində dinamik inkişaf göstərir. Özbəkistan və Finlandiya Xarici İşlər nazirlikləri ən yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirmək üçün bütün resurslarını səfərbər edəcək”, - Saidov vurğulayıb.