BAKI, 27 fevral. TELEQRAF
Dünyanın ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” İrana mümkün hücum fonunda Aralıq dənizində İsrail sularına daxil olub.
Teleqraf xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi fevralın 26-da Yunanıstanın Krit adasındakı Suda hərbi bazasını tərk edərək Yaxın Şərqə doğru yola düşmüşdü.
Aviadaşıyıcı yanacaq doldurmaq və əməliyyat dəstəyi üçün Yunanıstandakı bazaya gəlmişdi.
“The Wall Street Journal” bundan öncə İrana mümkün hücuma hazırlıq çərçivəsində bölgəyə göndərilən “USS Gerald R. Ford”un kanalizasiya sistemində ciddi problemlər olduğu və bu səbəbdən geri çəkildiyini yazmışdı.