BAKI, 24 fevral. TELEQRAF

ABŞ İrana hücum planlaşdırarkən Tehranın cavab tədbirləri perspektivini də nəzərə alır. İranın cavabı bölgədə ABŞ və müttəfiqlərinin maraqlarına əhəmiyyətli zərər vura bilər.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadla məlumat yayıb.

“Vaşinqtonda anlayırlar ki, İran hələ də əhəmiyyətli atəş gücünə malikdir və onun cavab addımları uzunmüddətli müharibəyə səbəb ola bilər”, - kanal qeyd edib.