BAKI, 18 fevral. TELEQRAF

“İrana hücum ehtimalı diplomatik həll ehtimalından daha yüksəkdir”.

Teleqraf xəbər verir ki, bunu İsrail Ordusunun keçmiş hərbi kəşfiyyat zabiti Raz Zimet İran-ABŞ danışıqlarını şərh edərkən bildirib.

O deyib ki, danışıqların perspektivini müsbət qiymətləndirmir, tərəflərin göstərdiyi nikbinliyə skeptik yanaşır:

“Hücum ehtimalı diplomatik həll ehtimalından daha yüksəkdir. Düşünmürəm ki, Tramp İranın son istəklərinə razılıq vermək üçün kifayət qədər səbir və istək göstərəcək”.

Raz Zimet həmçinin İrandakı mövcud durumu belə şərh edib:

“Əmin deyiləm ki, İranda diqqətçəkən nikbinlik var. Hətta 12 günlük müharibədən əvvəl də nikbinlikdən danışırdılar, amma sonra hücuma məruz qaldılar. Bu nikbinlikdən o qədər də təsirlənmirəm, çünki düşünürəm ki, nəticədə əsas problem hələ də qalır”.