BAKI, 12 fevral. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana mümkün hücuma hazırlıq məqsədilə Yaxın Şərqdə yerləşdirilmək üçün təyyarədaşıyan gəmilərdən ibarət ikinci zərbə qrupunu hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olma ehtimalına qarşı bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərir və yerləşdirmə əmri saatlar ərzində verilə bilər.

Amerika lideri mümkün hücumdan əvvəl İrana xəbərdarlıq edib:

“Bundan əvvəl İran razılaşmamağın öz maraqlarına uyğun olduğunu düşündü, amma zərbə aldı. Bu onun xeyrinə olmadı. Ümid edirik ki, bu dəfə İran daha ağıllı və məsuliyyətli davranacaq”.