BAKI, 11 fevral. TELEQRAF
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər söhbət zamanı regional və beynəlxalq müstəvidə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər hər iki ölkəni maraqlandıran qarşılıqlı məsələləri müzakirə edərək, gələcək fəaliyyətlərində yaxın koordinasiya daxilində qalmaq barədə razılığa gəliblər.