BAKI, 10 fevral. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları zamanı fevralın 6-da Omanda Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqları yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib.

Abbas Əraqçi danışıqları “yaxşı başlanğıc” adlandırıb və ABŞ-nin niyyət və məqsədlərinə dair inamsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.