BAKI, 6 fevral. TELEQRAF
ABŞ Yaxın Şərqə canlı qüvvə və hava hücumundan müdafiə sistemləri göndərməkdə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə NBC ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin də İrana mümkün hücum radiusunda yerləşmək üçün bölgəyə yaxınlaşdığı bildirilib.