BAKI, 6 fevral. TELEQRAF

“İran ötən ilin təcrübələrini yadda saxlayaraq və açıq gözlə diplomatiyaya daxil olur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ ilə bu gün Omanda keçiriləcək danışıqlarla əlaqədar İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Danışıqlara xoş niyyətlə başlayırıq, öz hüquqlarımızı qətiyyətlə müdafiə edirik. Öhdəliklər yerinə yetirilməlidir. Bərabər mövqe, qarşılıqlı hörmət və ortaq maraqlar şüar deyil, bunlar zərurətdir və davamlı razılaşmanın sütunlarını təşkil edir”, - nazir bildirib.

Xatırladaq ki, danışıqlarda ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.