BAKI, 6 fevral. TELEQRAF
“Qəti şəkildə deyirəm ki, ABŞ ilə danışıqlardan heç bir nəticə əldə olunmayacaq. Bunun səbəbi amerikalıların bizi oyunlara çəkmək istəməsidir, biz də onlarla oyun oynayacağıq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri bildirib.
“Danışıqlardan qorxmuruq, amma əvvəlcədən bizim üçün şərtləri müəyyənləşdirilmiş danışıqları qətiyyən qəbul etmirik. Fikrimcə, danışıqlar bizi heç bir yerə aparmayacaq”, - o qeyd edib.
Kövsəri raket proqramını İranın “qanuni haqqı” adlandırıb və xəbərdarlıq edib ki, hərbi qarşıdurma başlasa, İran mütləq cavab verəcək.
Xatırladaq ki, İran-ABŞ görüşü bu gün Omanda keçiriləcək. danışıqlarda ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.