BAKI, 4 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın aqressiv davranışları səbəbindən danışıqları dayandırmaq variantını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal”a ABŞ rəsmiləri bildiriblər.
Bununla belə, qeyd edilib ki, ABŞ və İranın fevralın 6-na planlaşdırılan Oman görüşü hələlik qüvvədədir.
Xatırladaq ki, ABŞ ordusu fevralın 3-də İrana məxsus dronu “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşdığı üçün vurub. İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus katerin ABŞ bayrağı ilə üzən neft tankerini dayandırmaq cəhdi də boşa çıxıb.