BAKI, 3 fevral. TELEQRAF
“İranla danışıqlar davam edir. Hazırda böyük armada İran istiqamətində hərəkətdədir”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“İranla danışıq aparırıq. Nəticəsinin necə olacağını görəcəyik. Baxmaq lazımdır, İranla razılaşma əldə ediləcək, yoxsa yox”, - dövlət başçısı qeyd edib.