BAKI, 5 yanvar. TELEQRAF

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesində balanslı siyasət yürüdən yeganə aktordur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə həm cənab Putinlə, həm də cənab Zelenski ilə birbaşa danışa bilən. eyni anda Vaşinqton və Brüssel xəttində, NATO və BMT çərçivəsində konkret təşəbbüslər irəli sürərək güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktordur”, - dövlət başçısı bildirib.